"Bayden namizəd olmayacaq, Obamaya hazırlaşın"

DÜNYA
14:18 / 09.02.2024
410

Respublikaçılar Partiyasının sözçüsü Vivek Ramasvami bildirib ki, ABŞ prezident seçkilərində demokratların namizədi hazırkı dövlət başçısı Co Baydenin yerini tutacaq keçmiş birinci xanım Mişel Obama olacaq. 

HİT.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

"Bayden Demokratların namizədi olmayacaq. Mişel Obamaya hazırlaşın", deyə Ramasvami yazıb.

O, həmçinin Baydenin namizədliyini irəli sürməyəcəyini söylədiyi "Fox News"a verdiyi müsahibədən bir rolik yerləşdirib:

"Bu barədə keçən il danışdım, amma insanlar mənə sui-qəsd nəzəriyyəçisi olduğumu söylədilər və indi bu, getdikcə daha aydın görünür".

Bundan əvvəl Bayden ölkədə dövlət başçısı olmağa ən hazırlıqlı adam olduğunu demişdi. Jurnalistlərdən biri Amerika liderindən soruşub ki, o, niyə ABŞ-da ən yüksək hökumət postuna Demokratlar Partiyasından namizəd olmalıdır? Bayden cavab verib ki, o, "bu ölkədə prezident olmaq və başladığı işi bitirmək üçün ən bacarıqlı insandır".

Samir

0