Moldova prezidenti Maya Sandu Rusiyanın payızda keçiriləcək prezident seçkilərinə müdaxilə cəhdlərini istisna etməyib və bunun qarşısını almaq üçün toplanmış təcrübədən istifadə etməyə çağırıb.
HİT.az xəbər verir ki, bu barədə "NewsMaker" məlumat yayıb.
"Hamımız ayıq olmalıyıq. Kremlin silahlarından biri dezinformasiya və manipulyasiyadır. İnstitutlar ayıq-sayıq olmalı və əvvəlki seçkilərdə toplanmış təcrübədən istifadə etməlidirlər", deyə Sandu bildirib.
O, Kişinyovun Avropaya inteqrasiyası ilə bağlı referendum və seçkiləri niyə bir günə təyin etdiyini də izah edib. Onun sözlərinə görə, bu, ən yüksək seçici fəallığını təmin edəcək.
Dekabrın 24-də Moldova prezidenti Maya Sandu ölkə parlamentinə respublikanın Avropa İttifaqına daxil olması ilə bağlı vətəndaşların rəyini öyrənmək üçün referendumun təşkili təklifi ilə çıxış edib.
2023-cü ilin sonunda parlament üzvləri Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqləyiblər ki, ona görə də parlament və prezident seçkiləri günü referendum keçirilə bilər.
Samir