Qərb Arktikada Rusiyaya uduza bilər

DÜNYA
21:31 / 09.02.2024
404

Rusiya Qərb ölkələrinin Arktikada təsirini zəiflədə bilər. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri yazıb.

Qəzet jurnalisti Rob Krillinin fikrincə, Qərb artıq Arktika regionunun inkişafında Rusiyadan geri qalır və ola bilsin ki, heç vaxt bu ölkəyə çata bilməyəcək. Məqalədə deyilir ki, bu halda Arktika tamamilə Rusiya Federasiyası və Çinin təsir dairəsinə düşəcək.

Materialın müəllifi onu da yazır ki, Rusiya Federasiyası bu sahədə ABŞ-ı on və ya daha çox il qabaqlayır. “Strider Intelligence” informasiya-analitik şirkətinin təsisçilərindən biri xatırladıb ki, Qərbdə yalnız bir operativ buzqıran gəmi var və o, 1970-ci illərdə tikilib.

Rusiya prezidenti Vladimir Putin də öz növbəsində bəyan edib ki, güclü buzqıran donanma Rusiya üçün dünyada böyük rəqabət üstünlüyünə çevrilib. Onun sözlərinə görə, bu, logistikanın, sənayenin inkişafı, yeni iş yerlərinin yaradılması, Arktika şəhərlərinin kompleks inkişafı və s. üçün böyük imkanlar açır. Eyni zamanda, Putin vurğulayıb ki, Rusiya Arktikaya geosiyasi intriqa meydanı kimi deyil, sabit əməkdaşlıq üçün fürsət kimi baxır.

Samir

0