Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bildirib ki, ölkə böyük milli depressiyadan əziyyət çəkir və buna görə də, onun fikrincə, vətəndaşların çoxu ölkədən qaçır.
HİT.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" agentliyi məlumat yayıb.
"Bu, ümidsizlik və qeyri-müəyyənlikdir. Biz böyük bir milli depressiyadan əziyyət çəkirik. Buna görə də hamı ölkədən qaçır", deyə Saakaşvili bildirib.
Agentlik qeyd edib ki, həkimlər Saakaşvili hazırda depressiya diaqnozu qoyulduğu üçün onun psixoloji müdaxiləyə ehtiyacı olduğunu bildiriblər.
Bundan əvvəl Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze bildirib ki, ölkənin eks-prezidenti Mixail Saakaşvilinin depressiyasına onun həbsxanada deyil, iki otaqlı palatada olması səbəb ola bilər.
Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib. Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Sonradan eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb. Vəziyyətinə baxmayaraq, o, Gürcüstan siyasətində iştirak etməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Samir