Danimarkanın müdafiə naziri Troels Lund Poulsen deyib ki, Rusiya yaxın 3-5 il ərzində NATO ölkələrinə hücum edə bilər.
HİT.az xəbər verir ki, o, bu barədə "Jyllands-Posten" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, belə hadisələrlə əlaqədar olaraq Danimarka hərbi sahəyə investisiyaları sürətləndirməlidir, çünki Rusiyanın bu sahədə hərbi potensialı xeyli artıb.
“Rusiyanın 3-5 il ərzində 5-ci maddənin gücünü və NATO həmrəyliyini sınayacağını istisna etmək olmaz. Bu, NATO-nun 2023-cü il üçün qiymətləndirməsi deyildi. Bu, indi gündəmə gələn yeni məlumatlardır", deyə Troels Lund Poulsen bildirib.
Bundan əvvəl Almaniya Federal Kansleri Olaf Şolts Şimali Atlantika Alyansı ölkələrinin özlərini Rusiya Federasiyası ilə müharibə vəziyyətində hesab etmədiklərini bildirib.
Kansler vurğulayıb ki, NATO dövlətləri Moskva ilə qarşıdurmaya can atmır. Onlar bloku Rusiya-Ukrayna münaqişəsinə cəlb etmək cəhdlərinə hər cür müqavimət göstərəcəklər.
Samir