Rusiya artıq Almaniya sakinləri tərəfindən almanlar üçün "bir nömrəli təhlükə" kimi qəbul edilmir. Almaniyada miqrasiya və radikal İslam təhlükəsi kimi problemlər ön plana çıxıb.
HİT.az xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransının saytında bu hadisə ərəfəsində dərc edilmiş “Münhen Təhlükəsizlik İndeksi 2024” hesabatında bildirilir.
“Ötən il Almaniya üçün ən ciddi təhlükə kimi qiymətləndirilən Rusiya 11 pillə geriləyib və indi təhlükənin ciddiliyinə görə yeddinci yerdədir”, deyə sənəddə qeyd olunur.
Bundan əlavə, sənəddə deyilir ki, almanlar indi nüvə, kimyəvi və bioloji silahların yaratdığı təhlükələrdən daha az narahatdırlar.
Digər tərəfdən, Fələstin-İsrail böhranının kəskinləşməsi və HƏMAS hərəkatının hücumunun Almaniyada radikal İslam terrorizmi ilə bağlı narahatlığın artmasına səbəb olduğu vurğulanır. İqlim dəyişikliyi də alman sakinlərini narahat edən məsələlər arasındadır.
Samir