NATO Ukrayna münaqişəsinə görə dağıla bilər? - Keçmiş MKİ analitiki

DÜNYA
23:55 / 14.02.2024
566

Ukraynadakı münaqişə NATO-nu parçalayır və bu, son nəticədə Alyansın dağılmasına gətirib çıxara bilər. 

HİT.az xəbər verir ki, bu fikri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Rey Makqovern "Judging Freedom" "YouTube" kanalına müsahibəsində deyib.

Makqovernin sözlərinə görə, Ukraynadakı münaqişə nəticəsində Şimali Atlantika Alyansı dağılmaqdadır.

"NATO-dakı çatlar getdikcə genişlənir və davam edən münaqişə ittifaqın sona çatmasına gətirib çıxaracaq", deyə MakQovern bildirib.

Analitik vurğulayıb ki, NATO rəhbərliyinin hazırkı siyasəti Avropa ölkələrinə müsbət heç nə gətirməyib. Onun fikrincə, “Şimal axını” qaz kəmərinin partlaması və iqtisadiyyatın ümumi zəifləməsi səbəbindən ciddi preblemlər var. 

Qeyd edək ki, bundan əvvək Donald Tramp Cənubi Karolinada seçkiqabağı mitinqdə çıxış edərək, prezident olsa, müdafiəyə kifayət qədər pul xərcləməyən NATO ölkələrini nəinki müdafiə etməyəcəyini, hətta Rusiyanın belə ölkələrə potensial hücumlarını təşviq edəcəyini demişdi. 

Samir

0