ABŞ-da gəlin qonaqlar 1500 dollar ödəməkdən imtina etdiyi üçün toyunu ləğv edib.
HİT.az xəbər verir ki, bu barədə "İndependent" yazıb.
Amerikalının sözlərinə görə, o, dostlarından və ailəsindən belə bir hərəkət gözləmirmiş.
Susan adlı qadın bildirib ki, qonaqlar məclisdən bir neçə gün əvvəl ona toyda iştirak üçün pul verməyəcəklərini deyiblər. Bundan sonra amerikalı ailəsini və dostlarını toyu korlamaqda günahlandırıb və onu ləğv edib. Bu səbəbdən ləğv xəbəri tam sürpriz kimi gələn nişanlısı ilə ayrılıb.
"Biz münasibətimizi bitirmək qərarına gəldik və gələcəkdə heç bir prosesi davam etdirməyəcəyik", deyə gəlin bildirib.
Susan əlavə edib ki, o, xüsusi olaraq qonaqlardan pul istəyib - bu vəsait ziyafətin ödənilməsinə sərf olunacaq.
“Müvafiq maliyyə olmadan xəyal etdiyimiz toyu necə keçirə bilərdik?”, deyə qadın qeyd edib.
Samir