XİN başçısı: \"Bu, Avropa İttifaqı üçün sonun başlanğıcı olacaq\"

21:15 / 14.02.2024
366

Slovakiyanın xarici işlər naziri Juraj Blanar bildirib ki, Avropa İttifaqında (Aİ) veto hüququnun mümkün ləğvi siyasi birləşmənin sonunun başlanğıcı olacaq. 

HİT.az xəbər verir ki, bu barədə “Tasr” agentliyi yazıb.

Blanar vetonun səlahiyyətli səs çoxluğu ilə əvəz edilməsinin Avropa İttifaqı üçün faydalı olacağı fikrini rədd edib.

"Avropa İttifaqında birləşən bütün xalqlar həmişə, hətta çox çətin olsa da, razılığa gələ biliblər. Lakin sonra razılaşmalar davamlı idi və sülhə gətirib çıxardı”, deyə Blanar bildirib.

Slovakiya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Aİ-də Ukrayna üçün 50 milyard avro ayrılması ilə bağlı danışıqlar Macarıstanın veto qoyma təhlükəsi səbəbindən çox da uzun çəkməyib. O xatırladıb ki, Vaşinqton hələ də Kiyevə yardımla bağlı razılığa gələ bilmir.

“Mənə deyin, niyə ABŞ Ukraynaya kömək etmək məsələsində indi Avropa İttifaqından daha çevikdir?”, deyə Blanar soruşub.

Samir

0