Aİ müdafiə sektorunda yeni mövqe tətbiq etmək istəyir

DÜNYA
15:21 / 15.02.2024
482

Avropa İttifaqı alyansın müdafiə siyasətinin iqtisadi aspektlərinə nəzarət etmək üçün blokun yeni müdafiə komissarı postunun yaradılmasını nəzərdən keçirir. 

HİT.az xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən yazıb.

"Aİ müdafiə siyasətinin sənaye aspektlərinə nəzarət etmək üçün yeni müdafiə komissarı vəzifəsinin yaradılmasını nəzərdən keçirir", deyə nəşr bildirib

Qəzet qeyd edib ki, Polşa Xarici İşlər Nazirliyinin hazırkı rəhbəri Radoslav Sikorski Aİ-də yeni vəzifəyə mümkün namizədlərdən biri hesab olunur. "Politico"nun mənbələrinə görə, o, özü də bunu istəyir. Digər namizəd Estoniyanın baş naziri Kaya Kallasdır.

Avropa Komissiyasının sözçüsü və Aİ-nin böyük ölkəsindən olan yüksək vəzifəli məmur qəzetə bildirib ki, yeni mövqe haqqında söhbətlər ciddi olsa da, onun əhatə dairəsi ilə bağlı müzakirələr davam edəcək.

Bundan əvvəl Almaniya Parlamentinin müdafiə komitəsinin sədri Mari-Agnes Strak-Zimmermann bildirib ki, Avropa İttifaqı üçün öz nüvə silahı ideyası real deyil, alyansa daha çox digər sahələrə üstünlük verməlidir. 

Samir

0