Polşa Almaniyadan təzminat almaqdan imtina etdi

DÜNYA
17:40 / 15.02.2024
380

Polşanın xarici işlər naziri Radoslav Sikorski etiraf edib ki, II Dünya müharibəsində baş vermiş hadisələrə görə Berlindən Varşavaya təzminat ödənilməsi məsələsi bağlanıb. 

HİT.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə nazir jurnalistlərə bildirib.

"Hüquqi mövqe ondan ibarətdir ki, təzminat almaq mümkün olmayacaq", deyə nazir vurğulayıb.

O xatırladıb ki, Almaniyadan təzminat məsələsinə təşəbbüs göstərən əvvəlki Polşa hökuməti Berlinə verdiyi tələbdə təzminat sözünü qeyd etməyib və hətta Almaniyanın vəsaiti göndərməli olduğu hesabın nömrəsini də göstərməyib.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk demişdi ki, formal, hüquqi və beynəlxalq mənada Almaniyadan təzminat məsələsi uzun illər əvvəl bağlanıb, lakin maliyyə, maddi və mənəvi baxımdan heç vaxt həyata keçirilməyib.

Onun sözlərinə görə, təzminat məsələsi söhbət üçün həmişə yaxşı mövzudur, lakin o, Almaniya ilə ölkələrin münasibətlərinə ağırlıq gətirməyəcək əməkdaşlıq formalarını axtaracaq.

Samir

 

0