Rusiya prezidentliyinə namizəd: \"Moskva Ukrayna ilə danışıqlara başlamalıdır\"

20:29 / 15.02.2024
382

"Rusiya Federasiyası Ukrayna ilə danışıqlara başlamalıdır". 

HİT.az xəbər verir ki, bunu Rusiya prezidentliyinə namizəd Vladislav Davankov deyib.

"Bu, dinc inkişaf proqramıdır. Hesab edirəm ki, ilk növbədə bunlar danışıqlar olmalıdır. Amma danışıqların nəticəsi Rusiyamızın müstəqil və güclü olmasına gətirib çıxarması çox vacibdir", deyən Davankov Rusiya Federasiyasının 19 regionuna səfər etdiyini və onların hər birində insanların NATO ilə müharibəyə qarşı olduqlarını qeyd edib.

Fevralın 15-də Türkiyə prezidenti Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı vəziyyətlə bağlı İstanbul danışıqlarından danışarkən səmimi olduğunu bildirib.

Putin daha əvvəl demişdi ki, Qərb dövlətləri Moskva və Kiyev arasında İstanbul razılaşmalarını poza bilər, çünki onlar Rusiyanın döyüş meydanında strateji məğlubiyyətinə ümid edirlər. O qeyd edib ki, 2022-ci ilin yazında Böyük Britaniyanın keçmiş baş naziri Rusiya və Ukrayna danışıqlar apararkən Kiyevə səfər edib.

Bundan əvvəl Davankov seçkilərdə iştirakına icazə verilməyən Boris Nadejdinlə siyasi əməkdaşlıq imkanlarını açıqlamışdı.

Samir

0