Argentina dollarlaşma ərəfəsindədir.
HİT.az "La Nacion"a istinadən xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin prezidenti Xavyer Mayli danışıb.
"Biz pul bazasının 87,5%-ni əhatə etmişik. Bazar məzənnəsi ilə hesablasaq, o zaman tam dollarlaşmaya bir addım qaldığımızı deyə biləri", deyə miley bildirib.
Qeyd edək ki, Argentinada 12 ay ərzində inflyasiya 250%-dən çox olub. Bu barədə Argentina Milli Statistika və Siyahıyaalma İnstitutu (INDEC) qurumun saytında dərc olunmuş hesabatda məlumat yayıb.
"Yanvarda inflyasiya 20,6%, son 12 ayda isə 254,2% təşkil edib", deyə sənəddə qeyd edilir.
Məlumata görə, yanvarda ictimai nəqliyyatda biletlərin, eləcə də yanacağın bahalaşması səbəbindən nəqliyyat sektorunda xidmətlərin dəyəri 26,3% artıb. Telefon xidmətlərinin və internetə çıxışın dəyəri 25,1% artıb. Şəxsi gigiyena vasitələrinin və nəticədə gözəllik xidmətlərinin qiyməti kəskin artıb - 44,4%. Ən az bahalaşma isə geyim və ayaqqabı (yanvarda 11,9% artım), eləcə də dəyəri 0,9% artmış təhsildə olub.
Samir