Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina deyib ki, Vaşinqtonun Kiyevə yardımı ABŞ-ın milli maraqlarına uyğundur.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Ümidimiz siyasətin siyasət olduğu anlayışına əsaslanır, lakin ABŞ-ın bütün dünyada demokratiyanın qorunmasında milli marağı üstün olacaq", deyə baş nazirin müavini deyib.
O, yardım paketinin ABŞ Konqresindəki siyasi mübarizəyə tab gətirəcəyinə ümid etdiyini bildirib. Stefanişina qeyd edib ki, son bir neçə ayda maliyyə çatışmazlığı ölkənin büdcəsinin likvidliyinə və hərbi planlar qurmaq qabiliyyətinə zərbə vurub.
Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukrayna, İsrail və Tayvana maliyyə ayrılmasına dair qanun layihəsi ilə bağlı qərar qəbul etmədən fevralın 28-dək tətilə gedəcəyi bildirilirdi.
Samir