Alimlər orbitdəki peykdən enerjini toplayıb uğurla Yerə ötürdü

DÜNYA
20:41 / 19.02.2024
537

Kaliforniya Texnologiya İnstitutunun (Caltech) alimləri digər təşkilatlarla əməkdaşlıq edərək orbitdəki peykdən enerjinin toplanması və Yerə ötürülməsi üçün uğurlu təcrübə keçiriblər. 

HİT.az xəbər verir ki, bu barədə "Extremetech" xəbər portalı məlumat yayıb.

Bu, günəş enerjisini radiotezlik enerjisinə çevirən və onu Yerə ötürən Mikrodalğalı Array for Power-transfer Low-orbit Experiment (MAPLE) istifadə etməklə mümkün olub.

Alimlər qeyd edirlər ki, günəş panellərinin orbitdə istifadəsi Yerdəkindən daha səmərəli ola bilər, çünki onlar hava şəraitindən və günün vaxtından asılı olmayaraq davamlı olaraq enerji istehsal edə bilirlər. Bununla belə, enerjinin orbitdən Yerə ötürülməsi problemi qalmaqdadır.

Hazırda MAPLE kosmosda bir dəfəyə 175 ilə 251 mVt enerji tutur, yer stansiyaya yalnız 1 mVt enerji çatır. Alimlər 10 min ev təsərrüfatını təmin etmək üçün Yerə enerji ötürə biləcək SPPD-1 kimi peyklərdən ibarət bürc yaratmağı planlaşdırırlar.

Samir

0