ABŞ-da silah-sursat istehsalı ilə bağlı sifarişlər kəskin artıb

DÜNYA
15:12 / 19.02.2024
327

Ukraynadakı münaqişə ABŞ Müdafiə Nazirliyi və Avropa müttəfiqləri tərəfindən Amerika hərbi sənaye kompleksi (MİK) üçün sifarişlərin sayının artması ilə nəticələnib. 

HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Materialda qeyd olunur ki, son iki il ərzində ABŞ müdafiə sənayesi "silah və sursat üçün sifarişlərdə kəskin artım" müşahidə edib. WSJ-nin məlumatına görə, buna səbəb Avropadakı müttəfiqlərin öz hərbi potensialını artırmağa çalışması, Pentaqonun isə öz növbəsində Kiyevə silah göndərməsidir.

Qəzet əlavə edir ki, ABŞ-ın hərbi-sənaye kompleksində istehsalın ümumi artımı Ukraynada münaqişə başlayandan bəri 17,5% təşkil edib.

Bundan əvvəl ABŞ prezidenti Co Baydenin administrasiyasının Konqresdən yan keçməklə Ukraynaya 4 milyona qədər mərmi tədarük imkanını nəzərdən keçirəcəyi bildirilirdi. Qeyd olunur ki, ABŞ lideri artıq müdafiə malının üçüncü ölkələrə ildə 500 milyon dollara ötürülməsi ilə bağlı hüquqi boşluqdan istifadə edə bilər.

Samir

0