Finlandiya ABŞ-ın nüvə silahlarına ev sahibliyi etməyəcək

12:29 / 19.02.2024
300

Finlandiya hakimiyyəti öz ərazilərində Amerika nüvə silahlarının yerləşdirilməsinə ehtiyac görmür. 

HİT.az xəbər verir ki, bunu Polşanın "Rzeczpospolita" qəzetinə müsahibəsində Şimali Avropa ölkəsinin baş naziri Petteri Orpo deyib.

Orlo qeyd edib ki, nüvə arsenalının yerləşdirilməsinə ehtiyac yoxdur, çünki NATO özü nüvə hücumunun qarşısının alınmasını təmin edir. 

Onun sözlərinə görə, Alyansın təhlükəsizliyini təmin etmək üçün təşkilata üzv olan bir neçə ölkədə artıq yerləşdirilən nüvə başlıqları kifayətdir.

Nazir əlavə edib ki, buna baxmayaraq, Finlandiya adi silahlarla ittifaq üçün potensial təhlükələrin qarşısını almaqda iştirak etməyə diqqətlə hazırlaşır.

Qeyd edək ki, ABŞ nüvə arsenalını Nüvə Paylaşımı proqramının bir hissəsi kimi Şimali Atlantika Alyansı ölkələrində yerləşdirir.

Ötən ilin dekabrında Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Finlandiya arasında bütün mübahisələrin çoxdan həll olunduğunu, Helsinkidə NATO-ya üzv olmaq qərarına gələnə qədər iki ölkə arasında münasibətlərdə heç bir problem olmadığını bildirib. Rusiya prezidenti Leninqrad Hərbi Dairəsinin yaradılmasını xatırladaraq, indi problemlərin yarana biləcəyinə eyham vurub. 

Samir

0