"Zalujnı getdi, amma Zelenskinin yerinə yeni namizədlər gündəmə gələcək" - Ekspert

DÜNYA
14:37 / 19.02.2024
361

"Ukrayna Prezidenti Volodomir Zelenskinin hələ də hakimiyyətdən getmə ehtimalı var". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının istefaya göndərilməsi belə Volodomir Zelenskinin hakimiyyətinin sığortaladığı demək deyil:

"O, hakimiyyətinin təhlükəsizliyini hələ də tam təmin etməyib. Çünki Zalujnı kimi gələcəkdə hakimiyyətə gətirilmə ehtimalı olan çox sayda insan var. Yəni Zelenskinin hakimiyyətdən devrilməsi və başqalarının iqtidara gətirilməsi məsələsi gündəmə gələ bilər". 

344134

Ekspertin sözlərinə görə, Qərb Zelenskiyə mesaj verdi:

"Çünki o və komandasında olan bəzi şəxslər zaman-zaman qərbə qarşı ittihamedici fikirlər səsləndirirdilər. Qərbin onlara dəstək vermədiyi üçün Ukraynanın döyüş meydanında məğlub olmağa doğru getdiyini deyirdilər. Bu fikirlərin qarşısını almaq üçün Zelenskiyə bir mesaj verildi".

Xəyal Bəşirli hesab edir ki, döyüş meydanında uğursuzluq olsa Qərb istəsə belə Zelenski hakimiyyətini qoruya bilməyəcək:

"Hətta yenidən Zelenskinin yerinə başqa namizədlərin hallanmasının şahidi ola bilərik. Nəzərə almaq lazımdır ki, hələ də Zelenski hakimiyyətinə qarşı təhdidlər var. Fikrimcə, prosesin taleyi Ukraynanın döyüş meydanında aparacağı müharibədən asılıdır. Bu müharibə nəticəsində uğursuzluq seriyası davam etsə, Zelenskiyə alternativ tapılması çətinlik yaratmayacaq".

Pərviz

0