Əfqanıstanda Taliban hökumətinin baş nazirinin müavini Əbdül Salam Hənəfi deyib ki, hərəkat BMT-dən onların ölkədəki hakimiyyətini legitim kimi tanımasını gözləyir.
HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Biz BMT-dən İslam Əmirliyinin rəsmi tanınması istiqamətində ciddi addımlar gözləyirik", deyə Hənəfi vurğulayıb.
O, Əfqanıstan hakimiyyətinin ölkədə korrupsiyanın aradan qaldırılması, davamlı sülhün bərqərar edilməsi və ehtiyacı olanlara humanitar yardım göstərilməsi sahəsində uğurlarına diqqət çəkib.
Samir