Almaniya Rusiya qazından istifadəni davam etdirir.
HİT,az xəbər verir ki, bu barədə "Funke" media qrupu "Urgewald" ətraf mühit təşkilatına istinadən yazıb.
Bildirilib ki, yanacaq Belçika və Niderlanddakı LNG terminalları vasitəsilə ölkəyə daxil olur.
"Almaniya hökuməti Rusiyadan birbaşa qaz idxalını istəmir, lakin Rusiya qazı hələ də dolayı yolla verilir. Bu, siyasi cəhətdən zəiflikdir", deyə "Urgewald" nümayəndəsi Moritz Leyner nəşrə müsahibəsində bildirib.
"Funke"nin həmsöhbəti qeyd edib ki, Berlin Rusiyadan Avropa İttifaqına qaz idxalını tamamilə dayandırmağa çalışmalıdır. Bundan əlavə, Leynerin fikrincə, yerli hakimiyyət orqanları Avropa səviyyəsində Rusiya xammalının təkrar ixracına qadağa qoyulmasını təşviq etməlidir.
Ötən həftə Bundestaq üzvü Sarah Vaqenknext Almaniyanın Rusiyaya qarşı tətbiq etdiyi yanacaq sanksiyalarını tənqid edib. Siyasətçi bildirib ki, məhdudiyyətlərin təsiri yalnız Almaniya üçün enerji xərclərini artırmaqdır.
Samir