Aİ Navalnı ilə bağlı beynəlxalq araşdırma tələb etdi, Kreml cavab verdi

DÜNYA
16:03 / 20.02.2024
340

Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Aleksey Navalnının ölümü ilə bağlı beynəlxalq səviyyədə araşdırma aparmağa çağırıb. 

HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Borrelin sözlərinə görə, Moskva siyasətçinin "qəfil ölüm şəraiti" ilə bağlı müstəqil və şəffaf beynəlxalq araşdırmaya icazə verməlidir.

Müraciətdən sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Aİ diplomatiyasının rəhbəri Cozep Borrelin Navalnının ölümü ilə bağlı müstəqil beynəlxalq araşdırmaya icazə vermək çağırışını qəbul etmir.

Navalnı 2022-ci ilin iyunundan Vladimir vilayətindəki İK-6-da cəza çəkirdi. Onun 2023-cü ilin dekabrında onun Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki IK-3 “Qütb canavarı”na köçürüldüyü məlum olub. FSIN 16 fevral 2024-cü ildə Navalnının gəzintidən qayıtdıqdan sonra özünü pis hiss etdiyini və dərhal huşunu itirdiyini bildirib. Yarım saat ərzində reanimasiya tədbirləri aparılsa da, nəticəsiz qalıb və Navalnı vəfat edib.

Samir

0