Taxıl böhranı: Polşalı fermerlər ölkənin Aİ-dən çıxmasını istəyir

DÜNYA
18:30 / 20.02.2024
313

Bir sıra polşalı fermerlər Ukraynadan taxıl tədarükü ilə bağlı vəziyyət fonunda ölkənin Avropa İttifaqından çıxmasının tərəfdarı olduqlarını bildiriblər. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Polşada fermerlərin etirazları bu həftə güclənib. Çərşənbə axşamı ölkə Ukrayna ilə sərhəddə nəzarət-buraxılış məntəqələrini, dəniz limanlarına və dəmiryol vağzallarına gedən yolları bağlayıb. Səhər etirazçılar yenidən qatardan Ukrayna taxılını töküblər.

Polşalı fermerlər yanvarın sonundan etirazlarını bərpa ediblər. Onların məqsədi Ukrayna kənd təsərrüfatı məhsullarının nəzarətsiz idxalının qarşısını almaqdır.

Bir gün əvvəl Avropa Komissiyası Polşanı Ukraynaya malların tranzitini təmin etməyə çağırıb. Bundan əvvəl Polşa və Ukrayna sərhədində yüzlərlə yük maşınının növbəyə yığıldığı bildirilirdi.

Samir

0