NATO-nun baş katibi postuna namizəd: "Qərb Rusiya ilə razılığa gəlməli olacaq"

DÜNYA
18:05 / 22.02.2024
537

Niderlandın baş naziri vəzifəsini icra edən Mark Rütte bildirib ki, ABŞ və digər NATO ölkələri Ukrayna böhranının həlli üçün Rusiya ilə danışıqlar masası arxasına oturmalı olacaqlar. 

HİT.az bu barədə "Politico" qəzetinə istinadən xəbər verir.

"Ancaq bu baş verəndə (Kiyev sülh danışıqlarına başladıqda-red.) biz də ABŞ-la, NATO daxilində və ruslarla birgə danışıqlar masası arxasına oturaraq, özümüzlə iki ölkə arasında gələcək təhlükəsizlik tənzimləmələrini müzakirə etməli olacağıq", deyə Rütte bildirib.

Qeyd edək ki, Mark Rütte NATO-nun baş katibi postina namizəddir. Onun namizədliyini Alyansın 20-dən çox üzvü dəstəkləyib. Bu qərar bütün digər ölkələr tərəfindən dəstəklənməlidir.

Təşkilatın hazırkı rəhbəri Yens Stoltenberqin gedişindən sonra Mark Rüttenin NATO-nun baş katibi postunu qazanmaq şansı yüksəkdir. Bunu niderlandlı siyasətçi Yaap de Hop Sxeffer "Nieuwsuur"televiziya proqramına müsahibəsində deyib.

Əvvəllər o, özü Şimali Atlantika Alyansının baş katibi vəzifəsində çalışıb. De Hop Sxeffer 2004-2009-cu illərdə hərbi bloka rəhbərlik edib.

"Hesab edirəm ki, Mark Rüttenin təyin olunmaq şansı çox yüksəkdir", deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, təşkilata üzv olan bir çox ölkə Niderlandın baş nazirinin namizədliyini dəstəkləyir. Bununla bağlı de Hop Sxeffer çox yaxın vaxtlarda müvafiq qərarın veriləcəyini istisna etməyib.

O, Mark Rüttenin bu il aprelin 4-də vəzifə almasının mümkün olduğunu bildirib: "Onun təyinatı Şimali Atlantika Alyansının yaranmasının 75-ci ildönümü ilə üst-üstə düşə bilər. Sonra NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə görüşəcək. Bu, bir fürsət ola bilər".

Samir

0