ABŞ Ədliyyə Nazirliyi Yaponiya yakuza mafiyasının lideri Takeşi Ebisavanı İrana nüvə nümunələri satmaq cəhdində ittiham edib.
HİT.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Telekanalın məlumatına görə, Ebisava nüvə materiallarının nümunələrini ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin gizli agentinə göstərib. Sonuncu özünü Tehranla əlaqəsi olan narkotik və silah alverçisi kimi təqdim edib.
ABŞ prokurorlarının sözlərinə görə, təhlükəli material Myanmadan Taylanda qaçaqmalçılıq yolu ilə gətirilib. Daha sonra nümunələr müsadirə edilib. Materialların təhlili onların tərkibində nüvə silahının yaradılmasında istifadə olunan uran və silah dərəcəli plutonium olduğunu aydın göstərib.
Narkotiklərlə Mübarizə İdarəsinin rəsmiləri Takeşi Ebisava və onun tərəfdaşlarının İranın nüvə silahı yaratmaq üçün istifadə edəcəyi ümidi ilə narkotik, silah və nüvə materialları satdıqlarını bildiriblər.
Narkotiklərlə Mübarizə İdarəsi bunun insan həyatına tam etinasızlıqla yanaşan narkotik alverçilərinin azğınlığının müstəsna nümunəsi olduğunu bildirib.
Samir