Viktor Orban: "Ukraynaya dəstəyin Aİ üçün böyük siyasi xərci var"

DÜNYA
20:16 / 22.02.2024
503

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropada fermerlərin etirazları və Ukrayna Silahlı Qüvvələrinin münaqişədə qələbəsinə Qərbdə inamın azalması fonunda Ukraynanı dəstəkləmək Avropa İttifaqı üçün böyük siyasi xərcə malikdir. 

HİT.az xəbər verir ki, bu barədə "Magyar Nemzet" qəzeti Macarıstan Nazirlər Kabinetinin rəhbərinin Fides Partiyasının iclasındakı çıxışına istinadən yazır.

"Baş nazir əvvəlki kimi Brüsseldə dəyişikliyə ehtiyac olduğunu vurğuladı... Ona görə müharibə bitməyəcək, Avropa getdikcə daha çox yüklənir, çünki Amerikadakı prezident seçkiləri ilə bağlı mübahisələr səbəbindən Ukraynaya maliyyə dəstəyi azalacaq. Ukraynaya dəstəyin böyük siyasi xərci var. Fermerlər bütün Avropada iğtişaşlar törədirlər və tədricən ukraynalıların qələbəsinə heç kim inanmır", deyə nəşr yazır.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirmişdi ki, Budapeşt Avropa İttifaqının Ukrayna böhranının sülh yolu ilə həlli planı haqqında düşünmək əvəzinə Rusiyaya qarşı sanksiya siyasətini davam etdirməsindən narahatdır.

Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatların başlanmasının ikinci ildönümü Avropa rəhbərliyi üçün hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının təşviqi üçün fürsət olmalıdır.

Samir

0