Makron Ukraynaya yardımla bağlı Avropa liderləri ilə görüşəcək

DÜNYA
11:02 / 23.02.2024
371

Fransa prezidenti Emmanuel Makron Ukraynaya dəstək sahəsində daha geniş əməkdaşlığı müzakirə etmək üçün bazar ertəsi Parisdə bir sıra Avropa liderləri və hökumət nümayəndələrini qəbul edəcək. 

HİT.az xəbər verir ki, bu barədə Reuters prezidentin ofisinə istinadən yazıb.

"Ukraynada münaqişənin başlamasından iki il sonra bu işçi görüş Kiyevə dəstək üçün tərəfdaşlar arasında əməkdaşlığı genişləndirmək yollarını araşdırmaq üçün fürsət olacaq", deyə Yelisey Sarayından bildiriblər.

Fransa rəsmiləri Makronun ABŞ-ın Kiyevə mümkün dəstəyi ilə bağlı narahatlıqlarına baxmayaraq, Moskvaya Avropada Ukrayna yorğunluğunun olmadığına dair siqnal verməkdə qərarlı olduğunu vurğulayırlar.

Fevralın 16-da Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski və Emmanuel Makron Parisdə Kiyevə 3 milyard avroluq hərbi yardımın ayrılmasını ehtiva edən zəmanətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Sonradan məlum olub ki, Fransa hakimiyyəti Ukraynaya vəd etdiyi 3 milyard avroluq yardımı maliyyələşdirmək üçün dövlət xərclərini azaltmaq zərurəti ilə əlaqədar vəsait tapmaqda çətinlik çəkir.

Samir

0