Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, kəşfiyyatçılar terrorçu qrupların qarşısını alır, respublikaya silah və sursat göndərən kanalları kəsirlər.
HİT.az bu barədə BELTA agentliyinə istinadən xəbər verir.
"Bizdə sülh və əmin-amanlıq hökm sürür, çünki bizim uşaqlar öz həyatlarını riskə ataraq terror qruplarına sızırlar, silah və sursatların tədarükünə mane olurlar və xarici kəşfiyyat xidmətlərinin casusluq fəaliyyətini dayandırırlar", deyə Lukaşenko bildirib.
Belarus lideri ölkənin hərbçilərinə xidmətlərinə görə təşəkkür edib:
"Sizin yanında çiyin-çiyinə dayanaraq, öz doğma torpaqlarında sülh və əmin-amanlığı qoruyan hər kəsə təşəkkür edirəm".
Samir