Türkiyənin iki vətəndaşı Ermənistanda həbs edildi

DÜNYA
21:57 / 23.02.2024
401

Ermənistanda sərhədi saxta sənədlə keçmək istəyən Türkiyənin iki vətəndaşı həbs edilib.

"Report” xəbər verir ki, bu barədə "Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Türkiyə vətəndaşları Gürcüstandan Baqrataşen nəzarət buraxılış məntəqəsi vasitəsilə keçmək istəyiblər. Saxta sənədləri hazırlamaqda onlara Ermənistan vətəndaşı yardım edib. Türkiyə vətəndaşlarına qarşı rəsmi ittiham irəli sürülüb.

Ermənistan vətəndaşı barəsində polisin nəzarəti altına verilməklə qətimkan tədbiri seçilib.

0