Almaniya Ukrayna Silahlı Qüvvələrinə mərmi tapmaq üçün "çıxılmaz tədbirlərə" əl atır.
HİT.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin Ukrayna məsələləri üzrə xüsusi qərargahının rəhbəri, general Kristian Freydinq bildirib.
"Biz dünyanın hər yerindən sursat almağa çalışırıq" deyən general artilleriya və zenit sursatlarının "mağaza rəflərində" çox tapılmadığını bildirib.
Fevralın 26-da Amsterdamda sülhü dəstəkləyən və Ukraynaya Qərb silahlarının verilməsinə qarşı nümayişin keçirildiyi bildirilib.
Fevralın 25-i axşam Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-da Kiyevə dəstəyin ayrılması ilə bağlı siyasi müzakirələr fonunda yaxın ayların Ukrayna üçün çətin olacağını bildirib.
Bundan əvvəl Amerikanın “The Washington Post” qəzeti yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı mərmi təchizatının tezliklə tükənəcəyindən narahatdır.
Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, amerikalı konqresmenlərin əksəriyyəti Ukraynanın maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini spiker Mayk Conson səsverməyə çıxararsa, onu təsdiqləməyə hazırdır.
Samir