İsveçrəyə Rusiyanı Ukrayna ilə bağlı sülh konfransına dəvət edə bilər

DÜNYA
16:44 / 26.02.2024
363

Rusiya Ukrayna ilə bağlı sülh konfransında iştirak etmək üçün İsveçrəyə dəvət oluna bilər. 

HİT.az xəbər verir ki, bunu "RİA Novosti"yə İsveçrə Xarici İşlər Nazirliyinin rəhbəri İqnazio Kassis deyib.

Kassis vurğulayıb ki, yaxın bir neçə həftə və ya iki-üç ay ərzində sülh gətirəcək konfransın keçirilə biləcəyini güman etmək sadəlövhlük olardı.

"Buna görə də bu konfrans sülh axtarışı prosesini yüksək səviyyədə, ən azı nazirlər səviyyəsində açmaq məqsədi daşıyır. Rusiyanın bu ilk konfransda iştirak etməsi ehtimalı azdır, lakin o, dəvət olunacaq", deyə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı növbəti konfranslar digər ölkələrdə, məsələn, bəzi BRICS ölkələrində keçirilə bilər ki, bu da bu yolda müəyyən rol oynaya bilər.

Samir

0