ABŞ-ın Almaniyadakı keçmiş səfiri Riçard Qrenell deyib ki, keçmiş kansler Angela Merkel Donald Trampı dinləsəydi, Ukraynadakı münaqişənin qarşısını almaq olardı.
HİT.az xəbər verir ki, o, bu barədə Frankfurter Allgemeine-ə müsahibəsində danışıb.
"İndi isə onunla biz bu vəziyyətdə olmazdıq", deyə Qrenell bildirib
Onun sözlərinə görə, Angela Merkel, eləcə də ABŞ-ın hazırkı prezidenti Co Bayden beynəlxalq məsələlərdə zəiflik nümayiş etdiriblər. Diplomat Ukraynadakı münaqişənin sülh yolu ilə həllini tapmağa çağırıb.
Bundan əvvəl Almaniyanın keçmiş federal kansleri Angela Merkel bəyan etmişdi ki, o, Ukraynada münaqişənin qarşısını almaq üçün hər şeyi edib.
2022-ci ilin dekabrında Merkel etiraf edib ki, Minsk razılaşmaları Ukrayna Silahlı Qüvvələrinə güclənmək üçün vaxt vermək cəhdidir. Bu fikri daha sonra Fransanın keçmiş prezidenti Fransua Olland da təsdiqləyib.
Bundan əvvəl Tramp demişdi ki, münaqişəni 24 saat ərzində bitirmək üçün ona yalnız Rusiya və Ukrayna liderləri ilə danışmaq lazımdır, bundan sonra onlar "çox tez" sülh sazişi bağlayacaqlar.
Samir