Fransanın Milli Cəbhə Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen ölkə prezidenti Emmanuel Makronun Qərb ölkələrindən Ukraynaya qoşun yeritmək ehtimalı ilə bağlı sözlərini ehtiyatsız adlandırıb.
HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Makron komandir rolunu oynayır, lakin o, uşaqlarımızın həyatı haqqında çox diqqətsiz danışır. Bu, bizim ölkədə sülh və ya müharibə məsələsidir", deyə Le Pen bildirib.
Solçu "İtaətsiz Fransa" partiyasının qurucusu Jan-Lük Melenşon isə deyib ki, Fransa qoşunlarının Ukraynaya göndərilməsi respublikanı münaqişə tərəfinə çevirəcək. O, Fransanın Rusiya Federasiyasına qarşı müharibəyə başlama ehtimalını ağılsızlıq adlandırıb.
"Bir nüvə dövlətinin digər böyük nüvə gücünə qarşı bu cür döyüşkən şifahi eskalasiyası məsuliyyətsiz bir hərəkətdir", deyə partiya lideri bildirib.
Samir