Finlandiya prezidenti Sauli Niiniste NATO əsgərlərinin Ukraynaya göndərilməsinə qarşı çıxıb.
HİT.az xəbər verir ki, o, bu barədə Finlandiyanın "Yle" nəşrinə bildirib.
"Hərbi varlığın olmayacağına inanıram. Finlandiya eyni mövqedən çıxış edir", deyə dövlət başçısı bildirib.
Bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron 20-yə yaxın Qərb ölkəsinin liderləri ilə görüş keçirib. Orada son həftələrdə Ukraynada münaqişənin gərginləşməsi müzakirə olunub. Digər məsələlərlə yanaşı, Fransa rəhbəri Avropa ölkələrindən Ukraynaya qoşun yeridilməsinin mümkünlüyü məsələsini qaldırıb.
Bundan sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, NATO əsgərlərinin Ukraynadakı döyüş bölgəsinə göndərilməsi alyansla Rusiya arasında birbaşa münaqişəyə gətirib çıxaracaq.
Fransanın Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen Makronun Avropa qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı sözlərini ehtiyatsız adlandırıb.
Samir