Fransanın keçmiş baş naziri Manuel Vals III Dünya müharibəsinin mümkünlüyünü istisna etməyib.
HİT.az xəbər verir ki, Manuel Vals bu barədə "Europe 1"-ə danışıb.
"Biz fransızlara həqiqəti söyləməliyik. III Dünya müharibəsi qeyri-mümkün bir şey deyil", deyə o bildirib.
Keçmiş baş nazirin fikrincə, bu və ya digər şəkildə III Dünya müharibəsinə hazırlaşmalıyıq.
O qeyd edib ki, Rusiyanın Ukraynada qələbəsi Avropa və Qərb üçün strateji, hərbi, siyasi və mənəvi məğlubiyyət demək olacaq.
Samir