"Bolqarıstan hakimiyyəti Plovdivdə sovet əsgəri "Alyoşa"nın abidəsini sökməyəcək. O, rus xalqına hörmət rəmzi kimi saxlanılacaq".
HİT.az xəbər verir ki, bunu bunu Bolqarıstan parlamentinin üzvü İvan Petkov deyib.
"Alyoşa"nın abidəsinin sökülərək Kommunist İncəsənət Muzeyinə köçürülməsi təklifi daha əvvəl Plovdiv bələdiyyə şurasına təqdim edilib. Sosialist Partiyasının (BSP) fəalları buna görə etiraz aksiyası təşkil ediblər.
"Sofiyada Sovet ordusunun abidəsi ilə bağlı baş verənlər Plovdivdə olmayacaq. Biz orada olduğumuz müddətdə "Alyoşa" rus xalqına hörmət rəmzi olaraq dayanacaq", deyə Petkov Siriusda Ümumdünya Gənclər Festivalında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Bolqarıstan hakimiyyəti Qərb tərəfdaşlarını sevindirmək istəyir, bunun üçün ölkəsinin tarixini məhv etməyə çalışır və abidələrdən başlayır.
60 il əvvəl sovet əsgəri-azadlıqçısı "Alyoşa" abidəsi qoyulub. Bu, 11 metrlik əsgər heykəlidir.
Samir