Ermənistanın Baş Qərargah rəisi: "KTMT-nin strukturları ancaq kağız üzərində mövcuddur"

DÜNYA
12:19 / 05.03.2024
329

"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) mümkün çıxmasının nəticələri ilə bağlı məlumatlar tamamilə məxfidir". 

HİT.az xəbər verir ki, bunu Yerablur hərbi panteonunda keçirdiyi brifinqdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan deyib.

"Biz hələ KTMT-dən çıxmamışıq. Təşkilatdan çıxmaq nəyə gətirib çıxaracaq, bu məsələ həm də dövlət sirlərini ehtiva edir", deyə Asryan bildirib.

Jurnalistin KTMT daxilində birgə strukturların olması ilə bağlı iradına cavab verən Asryan qeyd edib ki, bu strukturlar ancaq kağız üzərində mövcuddur.

Fevralın 22-də France 24 telekanalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-də iştirakının dondurulduğunu açıqlayıb. Lakin sonradan Kreml bununla bağlı İrəvandan heç bir rəsmi bildirişin olmadığına aydınlıq gətirib və əlavə edib ki, təşkilat daxilində dondurulma statusu formal olaraq nəzərdə tutulmayıb.

Bununla belə, fevralın 28-də parlament qarşısında çıxış edən Nikol Paşinyan vurğulayıb ki, de-fakto Ermənistanın iştirakı artıq dondurulub və ölkənin təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməməkdə davam edərsə, Ermənistan dondurmaya keçməyə hazırdır. 

Samir

0