Avropa ölkələrində əhali azalır: 3 SƏBƏB

16:17 / 05.03.2024
487

Daha bir Avropa ölkəsində əhalinin sayı azalıb. 

Söhbət Gürcüstandan gedir. Belə ki, qonşu ölkədə son 3 il ərzində ölüm sayı doğum sayını keçib. Yəni Gürcüstanda 2021, 2022 və 2023-cü illərdə əhalinin sayı azalıb. Üstəlik, bu, Avropada ilk belə hal deyil. Son illərdə bir çox Avropa ölkəsinə demoqrafik vəziyyətin dəyişməsi ilə bağlı statistikalar yayılır. 

Maraqlıdır, buna təsir edən səbəblər nələrdir?

Fəlsəfə doktoru, sosioloq Mail Yaqub Hit.az-a açıqlamasında bildirib ki, əhalinin sayının azalması bir neçə faktorla əlaqəlidir:

345162

"Artıq Avropa İttifaqına daxil olan ölkələrin mütləq əksəriyyətində əhalinin sayı azalır. Birinci faktor nikahların az olmasıdır. Çünki Avropada insanların böyük hissəsi vətəndaş nikahı ilə yaşamağa üstünlük verirlər. Həmçinin, uşaq sahibi olmağa meyilli olmurlar. Bu da modern həyatın gətirdiyi dəyişikliklərdir. 

Üstəlik, ailə quranlar belə sadəcə bir uşaqla kifayətlənirlər. Bundan əlavə, mühacirətin də çox olduğunu qeyd etmək lazımdır. Bütün bunlar əhalinin azalmasına təsir edən faktorlardır". 

Pərviz

0