Avropa İttifaqının müdafiə sənayesi Ukraynaya göndəriləcək silahların tələb olunan həcmini və Aİ-yə üzv ölkələrin ehtiyaclarını ödəmək üçün kifayət qədər pula malik deyil.
HİT.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cozep Borrel Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
"Maliyyələşdirmə prinsipial olaraq vacibdir. Mövcud tələbata cavab vermək üçün bizə maliyyə lazımdır", deyə diplomat bildirib.
"Reuters" bu həftə öyrəndi ki, Avropa Komissiyası (AK) Ukraynada davam edən münaqişə fonunda siyasi qurumun müharibə iqtisadiyyatına keçə bilməsi üçün Aİ-nin hərbi sənayesini stimullaşdırmaq yollarını təklif edəcək. Müvafiq planı daxili bazar üzrə Avropa komissarı Tyerri Breton irəli sürəcək.
Bundan əlavə, Avropa Komissiyası Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukrayna müdafiə sənayesinə yenidən investisiya edilməsindən gələcək mənfəətdən istifadə etməyi planlaşdırırdı. Bu barədə “The Financial Times” qəzeti yazıb.
Samir