Türkiyədə satılan ən ucuz avtomobillərin adları bəlli olub.
Hit.az xəbər verir ki, bu barədə Türkiyə Avtomobil Distribyutorları və Mobillik Dərnəyi (ODMD) məlumat yayıb.
Qardaş ölkədə artıq 800 min lirədən ucuz avtomobil qalmayıb. Son qiymətlərə əsasən, Türkiyədəki ən ucuz 10 avtomobil aşağıdakılardır.
Sözügedən siyahını təqdim edirik:
1. "Hyundai i10" - 806 min TL
2. "Fiat Egea Sedan" - 814 min 900 TL
3. "Kia Picanto" - 823 min TL
4. "Fiat Panda" - 830 min 900 TL
5. "Renault Taliant" - 864 min 900 TL
6. "Dacia Sandero Stepway" - 883 min TL
7. "Dacia Spring" - 885 min TL
8. "Citroen C3" - 898 min TL
9. "Dacia Sandero" - 898 min TL
10. "Leapmotor T03" - 899 min TL
Pərviz