ABŞ Respublikaçılar Partiyasının üzvü, konqresmen Endi Biqs bildirib ki, prezident Co Bayden ABŞ-a rəhbərlik etmir, onun administrasiyası rəhbərlik edir.
HİT.az xəbər verir ki, konqresmen bu barədə "Fox News"a müsahibəsində danışıb.
"Biz hamımız hiss edirik ki, Bayden əslində ölkənin rəhbəri deyil. Onun ofisi dövləti idarə edir", deyə Biqs vurğulayıb.
Bundan əvvəl ABŞ-ın hazırkı prezidenti Co Bayden son 70 ildə səlahiyyətlərinin üçüncü ilində ən pis iş təsdiqi nəticələrindən birini göstərmişdi. Baydenin performansı 20 yanvar 2023-cü ildən 19 yanvar 2024-cü ilə qədər "Gallup"un sorğusunda iştirak edən amerikalılar tərəfindən qiymətləndirilib. Məlum olub ki, respondentlərin orta hesabla yalnız 39,8%-i Baydenin dövlət başçısı kimi üçüncü ilini bəyənib.
Samir