Fransa prezidenti Emmanuel Makron müxalifət liderləri ilə görüşündə Ukraynanı dəstəkləməkdə heç bir məhdudiyyət olmadığını bildirib.
HİT.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.
Makron Fransanın Ukraynaya dəstəyini müzakirə etmək üçün bu cümə axşamı, martın 7-də partiya liderləri ilə görüşüb. O, xüsusilə, Ukraynaya hərbi dəstəyin artırılması üzrə ötən həftə Parisdə təşkil olunmuş beynəlxalq konfransın nəticələri barədə məlumat verib.
"Makron partiya rəhbərlərinə izah etdi ki, Fransanın Ukraynaya dəstəyində qırmızı xətlər yoxdur", deyə telekanal Kommunist Partiyasının rəhbəri Fabien Russel və Milli Mitinq Partiyası Cordan Bardelldən sitat gətirir.
Cordan Bardella onun partiyasının Ukraynanı dəstəklədiyini, eyni zamanda Fransanın müharibəyə girməməsini istədiyini deyib: "Düşünürəm ki, Fransanın mövqeyi sülhün və asayişin təbliği olmalıdır. Amma məndə soyuqqanlılığını itirən bir prezident və baş nazir təəssüratları yaranıb".
Samir