Hindistan Çinlə sərhədə daha 10 min əsgər göndərib.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg"adı açıqlanmayan hərbi mənbələrə istinadən məlumat yayıb.
Nəşr Hindistanın Çinin Tibet Muxtar Bölgəsini Uttarxand və Himaçal Pradeş əyalətlərindən ayıran Pekinlə ərazi mübahisəsi bölgəsində 532 km sərhədin müdafiəsini gücləndirmək qərarına gəldiyini bildirib. Qeyd olunur ki, əlavə qüvvələr artıq orada yerləşən iki yüz min hindistanlı əsgərdən ibarət hərbi kontingentə qoşulacaq.
Jurnalistlər qeyd edirlər ki, sərhədin bu hissəsinə misli görünməmiş qoşun yeridilməsi həm regionun strateji əhəmiyyətini, həm də Hindistan rəhbərliyinin gözündə artan həssaslığını göstərir.
Əvvəllər Hindistanın Pakistan və Çinlə sərhədlərinin bəzi hissələri üzərində pilotsuz uçuş aparatlarından istifadə edərək müşahidə sistemi yaratdığı bildirilirdi.
Samir