Çexiya prezidenti Petr Pavel əmindir ki, NATO ölkələrinin hərbi qulluqçuları birbaşa Ukrayna ərazisində dəstək göstərsələr, bu, heç bir beynəlxalq normaları pozmayacaq.
HİT.az Euractiv-ə istinadən xəbər verir ki, bu barədə Petr Pavel Çexiya televiziyasına müsahibəsində bildirib.
"NATO qoşunları birbaşa Ukrayna ərazisində dəstək verə bilər, çünki bu, heç bir beynəlxalq qaydaları pozmaz", deyə Çexiya prezidenti bildirib.
Onun sözlərinə görə, döyüş hissələrinin yerləşdirilməsi ilə qoşunların NATO-nun artıq təcrübəsi olan müəyyən dəstək fəaliyyətlərinə mümkün cəlb edilməsi arasında aydın fərq olmalıdır:
"Xatırladaq ki, Krımın ilhaqından və Donbasın bir hissəsinin işğalından sonra, əslində bu, təcavüz idi. İndikindən daha kiçik miqyasda olsa da, Ukrayna ərazisində NATO-nun təlim missiyası fəaliyyət göstərirdi. Bu, 15-dən çox ölkəni əhatə edirdi və hərbçilərin sayı 1000-ə yaxın idi".
Onun fikrincə, beynəlxalq hüquq və BMT Nizamnaməsi nöqteyi-nəzərindən NATO üzvü olan ölkələrin qoşunlarına, məsələn, mülki şəxslərə Ukraynada bu işdə köməklik etməyə heç nə mane olmur.
"Mən əlbəttə ki, bununla bağlı müzakirədən geri çəkilməzdim. Əgər biz müttəfiqlərimizlə razılaşa bilsək, məsələn, NATO-ya üzv dövlətlərin ərazisində ukraynalı hərbçilərə təlim keçmək və minlərlə hərbçini Polşaya və ya Çexiyaya daşımaq əvəzinə, bir neçə onlarla təlimatçını Ukrayna ərazisinə göndərib orada ukraynalı hərbçilərə təlim keçmək daha məqsədəuyğun olardı", deyə dövlət başçısı vurğulayıb.
O, həmçinin xatırladıb ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Moskva Ukraynaya hər hansı yardım edən hər kəsin qanuni hədəf olacağını bəyan edib:
"Bu gün biz Ukraynanı təkcə atıcı silahlarla deyil, tanklarla təmin edirik, bəlkə də yaxın vaxtlarda onu təyyarələrlə təmin edəcəyik, orta mənzilli qanadlı raketlərlə təchiz edəcəyik, amma hələ NATO ölkələrinin ərazisinə heç bir hücum olmayıb. Çünki Rusiya Federasiyası bunun indi etdiyindən qat-qat yüksək qanun pozuntusu olacağını çox yaxşı bilir".
Onun sözlərinə görə, Qərb müttəfiqləri öz fəaliyyətlərini qanuni yolla müdafiə etmək üçün cəsarətə malik olmalıdırlar, çünki suveren ölkədə təlim və texnikanın saxlanmasına yardım hərbi müdaxilə deyil.
Samir