Gürcüstan Rusiya ilə danışıqlar formatına sadiq qalacaq

DÜNYA
14:44 / 11.03.2024
429

Gürcüstan və Rusiya arasında danışıqların Praqa formatı Georgi Kacaya respublikanın baş nazirinin Moskva ilə əlaqələr üzrə yeni xüsusi nümayəndəsi təyin edildikdən sonra davam edəcək. 

HİT.az TASS-a istinadən xəbər verir ki, bu barədə həmin postu tərk edən Zurab Abaşidze bildirib.

"Danışıq formatı şərti olaraq Karasin-Abaşidze adlanırdı. Bu, Praqa formatıdır, mən əvvəllər də tez-tez demişəm ki, Abaşidzenin yerinə başqa adam təyin oluna bilər. İndi bu vəzifəni Georgi Kacaya icra edəcək", deyə Abaşidze brifinqdə bildirib.

Abaşidzenin istefası martın 11-də məlum olub. Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Abaşidze öz istəyi ilə xüsusi nümayəndəsi postunu tərk edib.

Həmin gün Kobaxidze Georgi Kacayanı Rusiya ilə münasibətlər üzrə yeni müşavir təyin edib. Abaşidze hökumət başçısının müşaviri olub.

2008-ci ildən, Rusiya Federasiyası Abxaziya və Cənubi Osetiyanın suverenliyini tanıdıqdan sonra Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələr yoxdur. 

Samir

0