Daha bir Avropa ölkəsinə nüvə silahı yerləşdiriləcək? - AÇIQLAMA

DÜNYA
16:42 / 11.03.2024
321

Stokholm sülh dövründə İsveçdə nüvə silahı yerləşdirməyə ehtiyac görmür. 

HİT.az xəbər verir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

"Biz açıq şəkildə bildirdik ki, İsveçin sülh dövründə öz ərazisində daimi bazaları və ya nüvə silahlarına malik ölkəyə çevrilməsinə ehtiyac görmürük", deyə baş nazir qeyd edib.

Qeyd edək ki, bu gün İsveçin NATO-ya qoşulması ilə əlaqədar alyansın mənzil qərargahında bu ölkənin bayrağı qaldırılıb. Bu rəsmi mərasim NATO-nun Brüsseldəki baş qərargahında baş tutub.

Xatırladaq ki, İsveç NATO-nun 32-ci üzvü olub.

Samir

0