ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Evril Haynsın hesabatına görə, Rusiya ABŞ və digər NATO ölkələri ilə birbaşa hərbi münaqişə istəmir.
Poliqon xəbər verir ku, onun fikrincə, Rusiya hakimiyyəti ərazilərin əhəmiyyətli hissəsinin qaytarılması üzrə Ukraynanın səylərini zəiflətdiklərini düşünür.
"Rusiya, demək olar ki, ABŞ Silahlı Qüvvələri və NATO ilə birbaşa hərbi münaqişə istəmir və onun hesablamalarına görə, qlobal miqyasda hərbi münaqişənin astanasında olan səviyyədən aşağı səviyyədə asimmetrik fəaliyyətlərini davam etdirəcək", deyə ABŞ Senatının kəşfiyyat üzrə xüsusi komitəsində dinləmələrdə təqdim olunmuş hesabatda qeyd edilir.
Amerika kəşfiyyatının məlumatına görə, Rusiya Federasiyası hesab edir ki, Ukraynanın Qərbdən dəstəyi məhduddur, xüsusən də İsrail və HƏMAS arasındakı müharibədən sonra daha da azalıb.
Qeyd edilir ki, 2023-cü ilin sonundan etibarən Rusiya döyüş meydanında daimi uğur əldə edir və Qərbin hərbi yardımı ilə qeyri-müəyyənlikdən faydalanır. Belə vəziyyət Rusiya Federasiyasına strateji hərbi üstünlük verir və vəziyyəti getdikcə Moskvanın xeyrinə hərəkətə gətirir.
Hesabatda vurğulanır ki, Rusiya müdafiə sənayesinin artım tempini əhəmiyyətli dərəcədə artırıb, sursat və uzaqmənzilli silahların istehsalını qurub. Bu, lazım gələrsə, uzun və intensiv müharibə aparmağa imkan verir.
Rusiya Federasiyası ilə Çin arasında ticarət artır. Çinin Rusiyaya iqtisadi və təhlükəsizlik sahələrində yardım etdiyi, Rusiya müdafiə-sənaye kompleksini, o cümlədən ikili təyinatlı materialların və silah komponentlərinin tədarükünə dəstək verdiyi deyilir. Pekin öz iqtisadi və diplomatik maraqlarını riskə atmadan münasibətləri davam etdirmək üçün dəstək səviyyəsini tənzimləyir. Bunun müqabilində Çin enerji daşıyıcıları üçün əlverişli qiymətlər və Arktikaya daha geniş çıxış əldə edir. Çin daha əvvəl Rusiya Federasiyasına hərbi yardım göstərdiyini inkar etmişdi.
Hesabatda qeyd edilir ki, Rusiya öz nüvə potensialını təkmilləşdirməyə və nüvə silahlarının ən böyük və ən müxtəlif arsenalını saxlamağa davam edəcək. Moskva, qeyd edildiyi kimi, nüvə potensialını "cəndirməni qorumaq və ABŞ və NATO ilə potensial münaqişədə hədəflərə çatmaq üçün zəruri" hesab edir.
Rusiya nüvə silahı daşıya bilən uzaqmənzilli raketlər və ABŞ-ın raketdən müdafiə sistemini aşmaq və ya yan keçmək üçün nəzərdə tutulmuş sualtı sistemləri inkişaf etdirməyə davam edəcək. Rusiya Federasiyası nüvə və ya adi döyüş başlıqlarını daşıya bilən qeyri-strateji sistemləri genişləndirir və modernləşdirir.
Amerika kəşfiyyatının fikrincə, Rusiya qlobal kibertəhlükəni təmsil edəcək və kəşfiyyat işi və kiberhücumların aparılması üsullarını təkmilləşdirəcək.
Amerika kəşfiyyatı hesab edir ki, Rusiya Federasiyası Qərb alyanslarında parçalanmağa nail olmaq istəyir. Hesabatda Rusiyanın 2024-cü ildə ABŞ-da keçiriləcək seçkilərə təsir göstərməyə çalışacağı ehtimal edilir.
Rusiya energetika sahəsində əhəmiyyətli təsir rıçaqlarını saxlayacaq. Moskva Avropaya ikinci ən böyük qaz tədarükçüsü olaraq qalır. Rusiya Federasiyası dəniz neft ixracının böyük hissəsini uğurla istiqamətləndirə bildi. O, yəqin ki, G7-nin müəyyən etdiyi qiymət tavanından yüksək həcmdə karbohidrogen satır.
Amerika kəşfiyyatının 2023-cü ilin mart ayına aid hesabatında o da deyilirdi ki, Rusiya ABŞ və NATO ilə hərbi münaqişəyə səbəb ola biləcək hərəkətlərdən yayınır. Bununla belə, 2024-cü ilin yanvarında NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer bildirib ki, alyansın qüvvələri yaxın 20 ildə Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşır. Bundan sonra bir sıra Avropa ölkələri Rusiyanın NATO ölkələrinə hücumlarını istisna etmədiklərini bəyan ediblər. Rusiya Federasiyasının hakimiyyət orqanları bu bəyanatları informasiya müharibəsinin bir hissəsi adlandırırlar.
Samir