"Jaguar" bu avtomobillərin istehsalını dayandırır - SİYAHI 

DÜNYA
11:54 / 12.03.2024
356

Dünyaca məşhur avtomobil istehsalçısı "Jaguar" da sürpriz addım atıb.

Hit.az xəbər verir ki, şirkət sedan modellərinin istehsalını dayandırmağa qərar verib.

Onun əvəzinə isə SUV modellərinin istehsal olunacağı bildirilib. Belə ki, həmin avtomobillər geniş salon və baqaja sahib olduqları üçün ailələr tərəfindən daha çox alınır. Ona görə də "Jaguar" istehsalı daha çox bu istiqamətdə etmək niyyətindədir. 

İstehsalı dayanacaq avtomobillərin adları da bəlli olub. Məlumata əsasən, artıq "XE", "XF", "F-Type" və "F-Pace" modelləri istehsal olunmayacaq. Sözügedən modellərin istehsalı iyun ayından etibarən dayanacaq. 

Həmçinin, "Jaguar"ın 2025-ci ildə yeni elektromobilini təqdim edəcəyi də bəlli olub. 

Pərviz

0