Fransa Müdafiə Nazirliyinin Kişinyovdakı daimi nümayəndəliyini hərbi attaşe təmsil edəcək.
Hit.az xəbər verir ki, bunu Moldovanın müdafiə naziri Anatoli Nosatyi deyib.
Onun sözlərinə görə, attaşenin namizədliyi artıq təsdiqlənib - o, qadın polkovnik-leytenantdır, Fransanın Rumıniyanın paytaxtı Buxarestdəki səfirliyindən Kişinyova köçəcək.
"Demək istəyirəm ki, bütün tədbirlər (hərbi əməkdaşlıq üzrə-red.) bizim hərbçilərimizin xaricdə, Fransa hərbçilərinin isə ölkəmizdə olması ilə bağlı olacaq, lakin bu, bu tədbirlərin müddəti ilə məhdudlaşacaq. Bu mövcudluq Moldova qanunvericiliyini pozmayacaq, onun neytral statusuna zidd olmayacaq", deyə Nosatyi PRO TV-yə müsahibəsində bildirib.
Fransa prezidenti Emmanuel Makron martın 7-də Kişinyovda Moldovada daimi müdafiə missiyası açmağı planlaşdırdığını açıqlayıb. O, Parisdə respublika prezidenti Maya Sandu ilə görüşüb. Makron izah edib ki, bu, Moldova və Fransa hərbçilərinin birgə təhsili və təlimini nəzərdə tutur.
Samir