İsveç əhalisi Rusiya ilə mümkün müharibəyə hazırlaşmağa başlayıb və hökumət artıq müvafiq tövsiyələr verir.
Hit.az xəbər verir ki, bu barədə Fransanın "Sud Ouest" portalı yazıb.
Məqalədə bildirilir ki, vətəndaşlara konservləşdirilmiş qida ehtiyatı toplamaq, həmçinin təcili tibbi yardım çantası, radio və portativ su filtri almaq tövsiyə olunur.
Ümumiyyətlə, ekspertlər hesab edir ki, müharibə şəraitində üç ay öncədən ərzaq ehtiyatı olmalıdır.
Qeyd olunur ki, 2024-cü ilin sonuna qədər isveçlilər xoşagəlməz hadisələr zamanı necə davranacaqlarını göstərən təlimatlar alacaqlar.
Martın 11-də NATO-nun Brüsseldəki mənzil-qərargahında İsveç bayrağı qaldırılıb və ölkə rəsmi olaraq alyansa üzv olub. Dövlət nümayəndələri eyni zamanda bildiriblər ki, hazırda ölkə ərazisində NATO bazalarının və ya nüvə silahlarının yerləşdirilməsinə ehtiyac görmürlər.
Samir