Pentaqon Ukraynaya 10 milyardlıq silah verib, hökumətdən əvəzini ala bilməyib

DÜNYA
20:34 / 12.03.2024
293

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya verilən silahların dəyişdirilməsi üçün hələ də pul almayıb. 

HİT.az xəbər verir ki, bu barədə "Politico" qəzeti Amerika hərbi departamentindəki mənbələrə istinadən yazıb.

Materialda qeyd olunur ki, Pentaqon ölkə Konqresində müvafiq qərarın qəbulu gecikdiyi üçün vəd edilmiş vəsaitsiz qalıb. Eyni zamanda, bu günə qədər nazirlik Kiyevə ümumi dəyəri 10 milyard dollar olan silahlar ötürüb.

Anonim qalmaq istəyən yüksək rütbəli ABŞ hərbi məmuru deyib: "Biz bu gün mövcud olan maliyyə ilə Ukraynaya verdiyimiz hər şeyi kompensasiya edə bilmərik".

Nəşrin yazdığına görə, Amerikanın müdafiə nazirliyi itirilmiş vəsaitin Ukrayna və İsrailə əlavə yardım üçün hakimiyyətin müraciətinə daxil ediləcəyini gözləyir. Söhbət bir neçə milyard dollarlıq yardım paketindən gedir, lakin parlamentarilər bu qanunvericilik təşəbbüsü ilə bağlı hələlik razılığa gəlməyiblər.

Bununla bağlı mənbə xəbərdarlıq edib ki, maliyyə çatışmazlığı ABŞ Silahlı Qüvvələrinin texnikasına mənfi təsir göstərə bilər.

Samir

0